Anadili

میللی منافع ، یوخسا سن اولما من اولوم داواسی !

Miilli mənafe, yoxsa sən olma mən olum davası !

 

قوزئی آذه ربایجانیمیزین مستقیللی یینی قازانماسیندان 20 ـ ایل کئچیر. طبیعی دیرکی اوزون زامان اوروس مستعمره سینده و دیکتاتور سووییئت حاکمییتی الی آلتیندا اولماق تاثیرسیز اولا بیلمه زدی . بو منفی تاثیرلر بوتوو آذربایجان میللتی نین  اوستونده اولموشدور. بو حاکمیتده اولوب یاخود اولمایانلار اوچونده کئچه رلیدیر. بو ساده لیکده او دووره ده ن ایرث قالمیش  من ـ منچی لییی ، دیکتاتورجاسینا حرکت ائدیب ، قرار وئرمک ، آیری جور دوشوننلری دوشمن سایماغی بیر گونده ، بیر ایلده  اوزوموزده ن  اوزاقلاشدیرماق ایمکانسیز ایدی. بونا زامان لازیم ایدی.

Quzey Ayərbaycanımızın müstəqilliyini qazanmasından 20 il ıeçir. Təbiidirki, uzun zəman Urus müstəmərəsində və diktator soviyet hakimiyyəti əli altında olmaq təsirsiz ola bilməzdi. Bu mənfi təsirlər bütöv Azərbaycan millətinin üstündə olmuşdur.  Bu hakimiyyətdə olub , yaxud olmayanlar üçündə qeçərlidir. Bu sadəlikdə o dövrüdən irs qalmış mən mənçiliyi , diktatorcasına hərəkət edib qərar vermək , ayrı cür düşönənləri düşmən sanmağı , bir gündə , bir ildə özümüzdən  uzaqlaşdırmaq imkansızıdı.buna zəman lazimidi.

بلی ، 20 ایل ده ن سونرا بو طرز دوشونجه نی بوگون حاکمییتده اولمایان آذربایجان موخالیفتینده ده گورمک مومکوندور. بو چوخ اوزوجودور. اونلار اولکه ده الده ائدیله ن بویوک نائلییتلر گوز آردینا وورولاراق آغ ـ قارادیر دوشونجه طرزینده ن ال گوتوره بیلمیرلر. یعنی کئچه ن بو 20 ایلده بو ساحه ده اولان گلیشمه لر ( اینکیشاف ) آز اولموشدور.

Bəli, 20 ildən sonra bu tərz düşüncəni bugün hakimiyyətdə olmayan Azərbaycan muxalifətində də görmək mümkündür. Bu çox üzücüdür. Onlar ölkədə olan böyük nailiyyətləri göz ardına alaraq ağ qaradır  düşüncə tərzindən əl götürə bilmirlər. yəni keçən bu 20 ildə bu sahədə gəlişməgər(inkişaf) az olmuşdur..

البته غربیده ن آلینان « موخالیفت » سوزونه گلدیکده ، بیز ایلک باشدان بو سوزو ایشلتمکله راضیلاشمیریدیق. چونکی شرقیده موخالیفت ، بیر نوع دوشمنچیلیک دئمکدیر. بیز ایلک باشدان حاکمییتده اولان لار و اولمایانلار سوزونو ایشلتمه یی مقصده اویقون سایمیشدیق. چونکی بورادا  سلیقه فرقیلیکلرینی گوسته ره  ره ک  حاکمییته گلمک اوچون بیر یاریش  آپاریلماقدادیر. تاسوفله  بیزیم تخمین ائتدییمیز کیمی ، آذه ربایجانیمیزین  موخالفتی بونو  دوشمنچی لیکله عوضی سالمیشدیر. اؤنلار مثبت گورولن ایشلریده به یه

نمیرلر، حتا میللی مسئله لرده بئله  بونو رعایت ائتمیرلر.  

Əlbəttə qərbidən alınan „ Muxalifət“

Sözünə gəldikdə  biz ilk başdan bu sözü  işlətməklə razılaşmırdıq. Çünki, şərqidə

Muxalifət  bir noii düşmənçilik deməkdir. Biz ilk başdan  hakimiyyədə olanlar və olmayanlar sözünü işlətməyi istəmışdık. Çünkü burada səliqə fərqliklərini  göstərərək hakimiyyətə gəlmək üçün bir yarış aparılmaqdadır. Təəsüflə bizim təxmin etdiyimiz kimi , Azərbaycanımızın muxalifəti  bunu dümənliklə əvəzi salmışdır. Onlar müsbət görülən işləridə bəyənmirlər. hətta milli məsələlərdədə belə bunu riayət etmirlər.

بیر صورتده کی ، گلیشمیش دئموکراتیک غرب اولکه لرینده وضعییت بام ـ باشقادیر. موخالیفت دوشمنچی لیک معناسی داشمیر. اونلار میللی مسئله لرده ، اولکه نین گله جه یینی علاقه لندیره ن موضوعلاردا بیر یوموروق کیمی  بیرلیکده حرکت ائدیب ، بیر آغیزدان دانیشیرلار. چونکی اؤنلار اولکه نین ، میللتین میللی منافعینی اوز شخصی و فیرقه لری نین منافعینده ن اوستون توتورلار  .. اؤنا گوره ده باشاریلی اولورلار.

آذربایجانیمیزین حاکمییتده اؤلمایانلاری « موخالیفتی » بونو اویره نمه لیدیرلر. بونو اویره نمه ده ن حاکمییته گلیرلرسه ، باشاریلی اولمایاجاقلار. اولکه نی قهقرایا گوتوروب ، سونودا حورمتلی ائلچی به ی کیمی حاکمییتی بوراخماق  زؤروندا قالاجاقلار.

Bir surətdəki gəlişmiş demokratik qərb ölkələrində  vəziyyət bambaşqadır. Muxalifət düşmən kəsilmək mənası daşımır. Onlar milli məsələlərdə , ölkənin gələcəyini əlaqələndirən  movzularda bir yumuruq kimi birlikdə hərəkət edib, bir ağızdan danışırlar. Çünkü onlar ölkənin  milli mənafeini öz şəxsi  və firqələrinin (Partılarının)çıxarlarından üstün tuturlar. Ona görədə başarılı olurlar. Azərbaycanımızın hakimiyyədə olmıyanları“ muxalifəti“ bunu öyrənməlidir. Bunu öyrənmədən hakimiyyətə gəlirlərsə , başarılı olmıyəcaqlar. ölkəni qəhqəraya götürüb, sonrada Hörmətli Elçi bəy kimi hakimiyyəti buraxmaq zorunda qalacaqlar.

سوزده آذربایجانین بو ائیبه جر موخالیفت طرزینی ، بو گئری قالمیش رفتارینی اولکه خاریجنده ده ایجرا ائتمکده دیر. بونون آچیق نمونه سی  آوروپا شوراسی نین ائرمنیلره قارشی قویدوغو مونیتورینگی قالدیرماغا قارشی آپریل آیی نین 22 ـسینده ایستیراسبورگ شهرینده  آوروپا شوراسی نین  پارلئمنتوسونون قارشی سیندا  ، ایستراسبورگ دا فعالیت گوستره ن آذربایجان ائوی نین  دوزه نله دیی اعتیراض میتینگینه قاتیلماماقلا یاناشی ، 1ـ2 ساعات سونرا هامان یئرده آعتیراض میتینگی کئچیرمه لریدیر. دالی قالمیش  میللی گوروشده ن اوزاق بو حرکت میللتیمیزه خئییر گتیرمک یئرینه ضره ر گتیرمیشدیر. میللتیمیزین آراسیندا ایکی تیره لی یین اولدوغونو ، میللی مسئله نی ، موخالیفتله عوضی سالدیغیمیزی  نوماییش ائتذیرمیشدیر. بونو گوردوکده  اونلارین بیزه یاناشما طرزیده بللی دیر.

Sözdə Ayərbaycanın bu eybəcər muxalifət tərzini , bu geri qalmış rəftarını ölkə xaricində də icra etməkdədir. Bunun açıq nimunəsi Avrupa Şurasının Ermənilərə qarşı  qoyduğu Monitorinki qaldırmağa qarşı April ayının 22 sində Stasbug  şəhrində Avrupa parlementosunun qarşısında , Srtasburguda fəaliyyət göstərən „ Azərbaycan evinin“ təşəbüsü ilə düzənlədiyi etiraz mitinqinə  qatılmamaqla yanaşı , 1-2 saat sonra haman yerdə etiraz mitingi keçirmələridir.  Dalı qalmış , milli görüşdən uzaq olan bu hərəkət millətimizə xeyir gətirməmişdir. Millətimizin arasında iki tirəliyin olduğunu , milli məsələni muxalifətlə  əvəzi saldığımızı numayiş etdirmişdir. Belə hərəkətləri bizdən  gördükdə onların bizə yanaşma tərzidə bəllidir.  

بونودا وورقولاماق ایسته ردیک کی ، ایستیراسبورگداکی  آذه ربایجان ائوی  آذه ربایجان حاکمییتی نین ائوی دئییلدیر ، گوئنیلی و قوزئیلی لرین ائویدیر.  آذه ربایجانین بیرلیک و بوتوولویونو  نوماییش ائتدیرمک هر بیر آذه ریایجانلی نین میللی وظیفه سیدیر. میللی منافعیمیزین گره ییدیر. فرض ائده لیم کی ، بو ائو حاکمییته عایید

اؤلان بیر ائودیر. بودا مسئله نی ده ییشمه ز. چونکی ائرمنیلر بوتوو آذه ربایجان میللتی نین دوشمنی دیر. بونو ده رک ائتمه ین  بیر اینسانین ، بیر قورومون  آذه ربایجان حاکمییتینه گلمه  حاقینی قازانمامیشدیر.

ایستیراسبورگ دا نه پول پایلیرلار، نه مقام و نه ده صندل وئریرلر. اؤرادا اؤرتاق دوشمنیمیز اؤلان بیر دوشمنه قارشی  اعتیراض میتینگی  کئچیریلیر.. بورادا حاکمییت ، موخالیفتده ن سوز گئدیله بیلمه ز. آؤرادا آذه ربایجانچیلیقدان و آذه ربایجانین میللی منافینده ن سوز گئدیر. بئله اؤلدوقدا ، حاکمییت و موخالیفت قول ـ قولا گیریب ، میللی بیرلیک نوماییش ائتدیرمه لیدیر. بونو ده رک ائتمه ینلر اوزلرینی موخالفت آدلاندیرا بیلمه زلر. ائله بونلار حاکمییت اوچونده کئچه رلیدیر.  

Bunuda vurqulamaq  istərdik ki, Strasburg daki „ Ayərbaycan evi „ Azərbaycan hakimiyyətinin evi deyildir. Güneyli və Quzeylilərin evidir. Azərbaycanın birlik və bütövlüyünü  numayiş etdirmək  hər bir Azərbaycanlının milli vəzifəsidir. Milli mənafemizin – çıxarlarımızın gərəyidir.  Fərz edəlim ki, bu ev hakimiyyətə ayid olan bir evdir. Buda məsələni dəyişməz. Çünkü Ermənilər bütöv Ayzərbaycan millətinin düşmənidir. Bunu dərk etməyən  bir insanın , bir qurum (Partının) Azərbaycan hakimiyyətinə gəlmə haqqı qazanmamışdır.

Strasburg da nə pul paylırlar, nə məqam və nədə stul verirlər. orada ortaq düşmənimiz  olan bir düşmənə qarşı etiraz mitingi keçirilir. Burada hakimiyyət , muxalifətdən söz gedə bilməz. orada Azərbaycançılıqdan  və Azərbaycanın milli mənafeindən söz gedir. Belə olduqda  Hakimiyyət və Muxalifət qol – qola girib , milli birlik numayiş etdirməlidir. Bunu dər etmiyənlər özlərini muxalifət adlandıra bilməzlər. Elə bunlar hakimiyyət üçündə keçərlidir.

Anadili

آنا دیلی